BDU-da "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının təqdimatı keçirilib

sosial sebeke

BDU-da "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının təqdimatı keçirilibBakı Dövlət Universitetində (BDU) "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının təqdimatı keçirilib.

"MemurTv.az" xəbər verir ki, təqdimat Azərbaycanda keçirilən "Türk Dünyası Həftəsi" çərçivəsində baş tutub.

Mərasimdə qeyd olunub ki, kitab ölkə kitabxanalarına paylanılacaq və hər kəs üçün əlçatan olacaq.

Xatırladaq ki, Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. Prezident İlham Əliyev həmin qurultayın 100 il sonra yenidən keçirilməsi təşəbbüsünü ötən il oktyabrın 6-7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürüb.

SON XƏBƏRLƏR