• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Siyasət

22-09-2025, 10:34

İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıbPrezident İlham Əliyev Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.

Müraciətdə bildirilir:

"Hörmətli Forum iştirakçıları,

Sizi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram.

Azərbaycanda ilk dəfə keçirilən bu Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə edirəm.

Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır.

Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.

Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış "Əsrin Müqaviləsi" qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşmüş, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.

Bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənmişdir: hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır.

Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsində qorunmuşdur İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəltmiş və ölkənin maliyyə gücünü artırmışdır. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artmış, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5%-ə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilmişdir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur.

Ölkədə qanunun aliliyin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.

Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.

Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir. Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi üstünlüklərdən faydalanmaqla tərəfdaşlarımız ölkəmizin dayanıqlı inkişafına, texnoloji tərəqqisinə və bütövlükdə regionunun firavanlığına mühüm töhfələr verə bilər.

Bu gün keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm.

Əminəm ki, sizin ideya və təşəbbüslərinizin Azərbaycanda real layihələrdə əksini tapması uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaqdır.

Forumun işinə uğurlar, bütün iştirakçılara isə yeni səmərəli tərəfdaşlıqlar arzulayıram".

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

24-07-2025, 14:39

Avropa İttifaqının Azərbaycanda investisiya vektoru qeyri-neft sektorlarına ...

İqtisadiyyat

25-04-2025, 11:41

Elnur Əliyev: “Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dolları ...

Siyasət

13-02-2025, 15:54

Prezident: "Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi p ...

Siyasət

13-02-2025, 15:53

Prezident İlham Əliyev vergi forumunun iştirakçılarına müraciət edib

Siyasət

19-10-2022, 12:02

İlham Əliyev 27-ci Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciət ün ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
26-05-2026, 10:13
Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
25-05-2026, 10:40
QMİ Qurban bayramı ilə bağlı fətva verib
22-05-2026, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Son xəbərlər
  • Dünən, 21:41
    Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
  • Dünən, 21:13
    Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
  • Dünən, 14:52
    Azərbaycan-Gürcüstan qatarlarında sərhəd-gömrük prosedurlarının sürətləndirilməsi tapşırılıb
  • Dünən, 14:51
    Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
  • 28-05-2026, 21:13
    ŞUŞAYA GEDƏN QƏHRƏMANLIQ YOLU
  • 28-05-2026, 18:31
    Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib
  • 28-05-2026, 18:27
    Zakir Həsənov Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 28-05-2026, 18:24
    İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir
  • 28-05-2026, 16:44
    Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
  • 28-05-2026, 15:11
    Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
  • 28-05-2026, 14:23
    Türkiyə XİN-dən Azərbaycana 28 May təbriki
  • 28-05-2026, 14:22
    Azərbaycan Cümhuriyyətinin ilk hökumətində nazirlər - ADLAR
  • 28-05-2026, 14:21
    Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
  • 28-05-2026, 14:12
    Prezident Şuşa, Xankəndi və Xocalıya səfər etdi
  • 28-05-2026, 13:54
    Bir Qəhrəmanın gündəliyi…
  • 27-05-2026, 16:38
    Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
  • 27-05-2026, 16:36
    Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
  • 27-05-2026, 16:33
    Azərbaycanda Qurban bayramı qeyd edilir
  • 26-05-2026, 10:14
    İslamabadda Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib
  • 26-05-2026, 10:13
    Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 26-05-2026, 10:12
    MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri görüşəcək
  • 26-05-2026, 10:12
    Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
  • 26-05-2026, 10:11
    Moskvada Azərbaycan-Rusiya münasibətləri müzakirə edilib
  • 25-05-2026, 17:14
    “Bir anlıq məsuliyyətsizlik bütöv ailənin faciəsinə çevrilir”
  • 25-05-2026, 15:25
    Şəhər təsərrüfatının inkişafına töhfə verən rəhbər – Elmin Zamanov
  • 25-05-2026, 10:40
    QMİ Qurban bayramı ilə bağlı fətva verib
  • 25-05-2026, 10:40
    Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
  • 25-05-2026, 10:39
    XİN: Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir
  • 25-05-2026, 10:38
    Nazir müavini: Azərbaycan Afrikadan gələn tələbələrə müxtəlif proqramlar vasitəsilə dəstək göstərir
  • 25-05-2026, 10:38
    XTQ-nin hərbi vəzifəlilərinin təlim toplanışı keçirilib
  • 25-05-2026, 10:37
    Serbiya Prezidenti: Yaxın vaxtlarda istefa verməyim mümkündür
  • 25-05-2026, 10:36
    Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib
  • 24-05-2026, 12:43
    U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb
  • 24-05-2026, 12:41
    Azərbaycan səfiri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri ilə görüşüb
  • 23-05-2026, 18:14
    Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...