XİN “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir
siyaset
1-08-2025, 13:31
46
XİN-dən "Report"a verilən məlumata görə, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Bildirilib ki, avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.
Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.
