Hikmət Hacıyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib
siyaset
Dünən, 17:32
5

“Report” İran KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan prezidentinin köməkçisi qarşı tərəfə İsrail – İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib.
Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar.
Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.