Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək
siyaset
25-07-2025, 10:02
33
“Report”un Qazaxıstan bürosunun Akorda mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, K.Tokayev burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq.
İki dövlətin liderləri iyulun 29-da danışıqlar aparacaq və Qazaxıstan – Türkiyə strateji tərəfdaşlığının daha da gücləndirilməsini müzakirə edəcəklər.
"Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər", - məlumatda bildirilib.
