• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Şuşa Qlobal Media Forumu: çağırışları fürsətə çevirmək imkanı - ŞƏRH

Siyasət

21-07-2025, 17:05

Şuşa Qlobal Media Forumu: çağırışları fürsətə çevirmək imkanı - ŞƏRHDünyanı hörümçək toru kimi bürümüş sosial media platformalarının cəmiyyətlərə və dövlətlərə, onların informasiya təhlükəsizliyinə təsiri ilə bağlı müzakirələr səngiməmiş, qlobal informasiya məkanı daha bir rəqəmsal fenomen - süni intellektlə dil tapmağa çalışır. İndi insanlar “sosial media imkandır, yoxsa çağırış” sualından daha çox “süni intellekt fürsətdir, yoxsa təhdid” sualına cavab axtarmağa başlayıb.

Təsadüfi deyil ki, Azərbaycanın ev sahibliyi etdiyi Şuşa Qlobal Media Forumu da bu dəfə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunub. Sayca üçüncü olan ənənəvi foruma əvvəlki illərdə olduğu kimi, 50-dən çox ölkədən jurnalist və ekspert qatılıb ki, bu da Foruma olan yüksək marağın göstəricisidir.

Azərbaycan - qlobal problemlərin həllində söz sahibi

Ümumiyyətlə, son illər Azərbaycanın ən aktual qlobal problemlərin həllində ön sıralarda yer alması dünyada qəbul edilmiş bir faktdır. COP29 kimi qlobal sammitdən sonra gələn il Dünya Şəhərsalma Forumunun da Bakıya həvalə edilməsi bunun təsdiqidir.

Üstəlik, rəsmi Bakının missiyası yalnız müzakirələrə ev sahibliyi, moderatorluq etməklə bitmir – Azərbaycanın təşkil etdiyi beynəlxalq tədbirlər və ya irəli sürdüyü təşəbbüslər dünyanı narahat edən ciddi problemlərlə bağlı səylərin birləşdirilməsinə, mübahisəli məsələlərin həllinə öz töhfəsini verməkdədir.

Buna misal olaraq COVID-19 pandemiyası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-də inkişaf etməkdə olan ölkələrə qarşı “peyvənd millətçiliyi”nin aradan qaldırılmasına yönəlmiş qətnamələrin qəbulunu, ötən il Bakıda keçirilmiş COP29 sammitində iqlim maliyyələşməsinə dair tarixi konsensusun əldə edilməsini və bir çox başqa qlobal qərarları göstərmək mümkündür.Yeni çağırışlar: Azərbaycan geri qalmaq niyyətində deyil

Təbii ki, Şuşada Qlobal Media Forumu təşkil edən Azərbaycan bu müzakirələrlə hansısa qlobal trendləri dəyişmək, dünyada formalaşan yeni informasiya arxitekturasına təsir etmək iddiasından uzaqdır. Lakin indiyədək keçirilmiş hər üç forumun gündəliyi göstərir ki, rəsmi Bakı sürətlə gedən qlobal rəqəmsal transformasiyadan geridə qalmaq fikrində deyil. Prezident İlham Əliyevin Forum iştirakçıları ilə görüş zamanı səsləndirdiyi “biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik” bəyanatı da Azərbaycanın bu sahəyə verdiyi yüksək əhəmiyyətin göstəricisidir.

Yeri gəlmişkən, bu ilin mart ayında Azərbaycan Prezidenti tərəfindən 2025 – 2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin verdiyi məlumata görə, bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır.

Göründüyü kimi, rəsmi Bakı süni intellekti fürsət kimi nəzərdən keçirməyə və ondan iqtisadi inkişafda faydalanmağa çalışır.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev texnologiyalara və innovasiyalara qarşı müqaviməti “yel dəyirmanları ilə döyüş” kimi dəyərləndirib. Eyni zamanda, onun fikrincə təhdidlər də gözardı edilməməlidir. "Həqiqət doğrudan da nadir və dəyərli bir aktivdir ki, indi o da təhlükə altındadır", - deyə H. Hacıyev III Şuşa Qlobal Media Forumu zamanı bildirib.

Bu baxımdan III Şuşa Qlobal Media Forumu süni intellektin doğurduğu informasiya çağırışları fonunda beynəlxalq səyləri birləşdirmək, dezinformasiyaya qarşı mübarizədə ənənəvi medianın imkanlarını gücləndirmək üçün unikal bir platforma hesab oluna bilər.Süni intellekt Şuşa Forumu haqqında

Bəs Şuşa forumunun Azərbaycanın özü üçün əhəmiyyəti nədən ibarətdir? Bu sualı elə süni intellektin özünə ünvanladıq. Məlum oldu ki, ChatGPT Forumu bir neçə fundamental istiqamətdə əhəmiyyətli sayır:

1. Geosiyasi və simvolik əhəmiyyət

• Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də Azərbaycanın suverenliyinin rəmzidir;

• Forumun azad edilmiş ərazidə keçirilməsi dünyaya aydın mesaj verir;

• Azərbaycan bu ərazilərə tam nəzarət edir;

• Burada təhlükəsizlik təmin olunub;

• Qarabağ artıq beynəlxalq tədbirlərin keçirilmə məkanıdır – yəni regionda normallaşma prosesi reallıqdır.

2. Mediada yeni qlobal nizam axtarışları

• Dünyada informasiya manipulyasiyası, feyk xəbərlər, süni intellektin mediaya təsiri fonunda yeni media reallıqları müzakirə olunur;

• Forumda bu mövzuların praktik həlləri axtarılır və Azərbaycan bu diskussiyalarda aktiv oyunçu kimi çıxış edir;

• Qərb və Qlobal Cənub mediasının baxış fərqləri kontekstində Azərbaycan neytral platforma rolunu oynayır.

3. Azərbaycanın “yumşaq güc” strategiyasının tərkib hissəsi

• Forum Azərbaycanın yumşaq diplomatiya aləti kimi mühüm rol oynayır;

• Buraya təkcə media deyil, ictimai rəy formalaşdıran şəxslər, ekspertlər, analitiklər də cəlb olunur;

• Bu, Azərbaycana qarşı informasiya hücumlarının qarşısını almaq və ölkənin haqq səsini yaymaq üçün platforma yaradır.

4. Media əməkdaşlığı və şəbəkələşmə imkanı

• Forumda 50-dən çox ölkədən media nümayəndələrinin iştirakı;

• Azərbaycan mediasının beynəlxalq əlaqələrini genişləndirməsi;

• Təcrübə mübadiləsi;

• Birgə layihələr və regional media platformalarının qurulması.

5. Postmünaqişə dövründə informasiya təhlükəsizliyi

• Qarabağ münaqişəsi yalnız hərbi deyil, informasiya müharibəsi idi;

• Forumda informasiya təhlükəsizliyi, rəqəmsal suverenlik, dezinformasiyaya qarşı mübarizə kimi məsələlər ön plandadır;

• Bu, həm də Azərbaycana qarşı beynəlxalq media təzyiqlərinə cavab vermək üçün müzakirə platformasıdır.6. Azərbaycanın media mühiti üçün impuls

• Yerli media üçün beynəlxalq jurnalistlərlə birbaşa təmas, peşəkar inkişaf baxımından əhəmiyyətlidir.

• Forum yerli media standartlarının yüksəldilməsi, etik jurnalistikanın təşviqi və qlobal tendensiyaların izlənməsi üçün fürsət yaradır.

Göründüyü kimi, III Şuşa Qlobal Media Forumunun əhəmiyyətini süni intellekt də yüksək qiymətləndirir.

Əlavə edək ki, belə əhəmiyyətli beynəlxalq media tədbirinin paytaxt Bakıda deyil, məhz Şuşada keçirilməsi ənənəsi Azərbaycanın informasiya savaşında hücum taktikasının davamı kimi qiymətləndirilə bilər. Builki forum çərçivəsində Prezident İlham Əliyevlə jurnalistlərin görüşünün Şuşa şəhərində deyil, Xankəndidə təşkilini də məhz postmünaqişə dövrünün proaktiv informasiya siyasətinin bir elementi saymaq mümkündür.

Əvvəla, Azərbaycan bununla 30 il Ermənistanın işğalı altında olmuş bu bölgənin onun üçün hansı tarixi-siyasi əhəmiyyət daşıdığını göstərir.

Digər tərəfdən, erməni işğalının acı nəticələrini və Azərbaycanın apardığı intensiv bərpa-quruculuq işlərini dünyaya nümayiş etdirir ki, bu da rəsmi Bakının bölgədə sülh və sabitliyin möhkəmlənməsinə çalışması barədə mesajıdır.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

21-07-2025, 10:25

Şuşada III Qlobal Media Forumunun üçüncü günü başlayıb

Siyasət

22-07-2024, 09:39

Bu gün II Qlobal Media Forumuna yekun vurulacaq

Sosial

3-08-2023, 11:57

MEDİA Şuşa Qlobal Media Forumunun iştirakçılarına qarşı aparılan təhdid kam ...

Siyasət

25-07-2023, 14:52

“Prezident Şuşa Qlobal Media Forumunda bütün sualları çox dəqiq və sərrast ...

Siyasət

24-07-2023, 10:00

Hikmət Hacıyev Şuşa Qlobal Media Forumunun başa çatması ilə bağlı paylaşım ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Dünən, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Dünən, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Dünən, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Dünən, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Dünən, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 9-05-2026, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • 9-05-2026, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • 9-05-2026, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • 9-05-2026, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...