Azərbaycan və Pakistan XİN başçıları ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər
siyaset
19-07-2025, 11:43
7

"Report"un məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. İki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, həmçinin sıx və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.
Nazirlər həmçinin çoxtərəfli platformalarda, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində məhsuldar əməkdaşlığı qeyd ediblər.