Qumral Əsədova: "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin Dünya İrsinin ilkin siyahısına daxil edilməsi mühüm addımdır
siyaset
12-07-2025, 18:40
29
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Qumral Əsədova jurnalistlərə müsahibəsində deyib.
Qeyd olunub ki, "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm bir addımdır.
"UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən az bir il öncədən ilkin siyahıya salınması tələb olunur. Bundan sonrakı mərhələdə Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək".
