• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Siyasət

12-07-2025, 18:35

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİBAzərbaycan Prezidenti İlham Əliyevin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.

"Report" xəbər verir ki, dövlət başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər.

Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirdi.

Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərdə durğunluğun olduğunu deyən dövlət başçısı vurğuladı ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrin inkişafı üçün böyük perspektivlər açılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərlə müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğuladı.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladı.

O, Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu dedi.

Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğuladı.

Görüşdə iki ölkə arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı.

Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini dedi.

Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunuldu, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın post-münaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.

"Report" xəbər verir ki, dövlət başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər.

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə məhdud tərkibdə görüşü keçirilir.

Paylaş:
Digər xəbərlər

Sosial

12-07-2025, 18:37

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin ...

Siyasət

12-07-2025, 18:30

KİV: Suriya və İsrail Bakıda birbaşa danışıqlar aparacaq - YENİLƏNİB

Siyasət

12-07-2025, 18:29

Yeni Suriyanın qurulmasında Azərbaycanın rolu – rəsmi Bakı öz töhvəsini ver ...

Sosial

6-05-2025, 10:29

Suriyanın keçid dövrü Prezidenti sabah Fransaya səfər edəcək

Siyasət

10-02-2025, 09:03

KİV: Suriya Prezidenti Küveyti ziyarət edəcək

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 09:50
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Dünən, 09:49
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
17-06-2026, 18:42
Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
16-06-2026, 10:24
Azərbaycanda Məhərrəm ayı başlayıb
14-06-2026, 10:47
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
12-06-2026, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Son xəbərlər
  • Dünən, 14:07
    “Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib
  • Dünən, 09:53
    Azərbaycan Misirlə qarşılıqlı biznes platforma formalaşdırmağı müzakirə edib
  • Dünən, 09:52
    Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
  • Dünən, 09:52
    Xankəndi şəhərinə daha 18 ailə yola salınıb
  • Dünən, 09:51
    Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
  • Dünən, 09:50
    Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
  • Dünən, 09:49
    Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
  • Dünən, 09:48
    İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib
  • 18-06-2026, 23:16
    Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır
  • 18-06-2026, 18:39
    “TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı
  • 18-06-2026, 18:24
    Sultan Hacıyev keniyalı nazirlə görüşdü
  • 18-06-2026, 18:19
    İlham Əliyev Bakıda açılış mərasimində
  • 18-06-2026, 16:01
    İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
  • 18-06-2026, 14:47
    İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
  • 18-06-2026, 14:46
    İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
  • 18-06-2026, 10:16
    İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
  • 18-06-2026, 10:13
    İlham Əliyev: Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır
  • 18-06-2026, 10:12
    Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik
  • 18-06-2026, 10:11
    Azərbaycan İraqla monetar siyasətin təkmilləşdirilməsini müzakirə edib
  • 18-06-2026, 10:07
    İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • 17-06-2026, 18:42
    Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
  • 17-06-2026, 11:16
    Mikayıl Cabbarov: "Azərbaycan biznes və investisiya üçün etibarlı məkandır"
  • 17-06-2026, 10:40
    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • 17-06-2026, 10:38
    Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb
  • 17-06-2026, 10:36
    Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
  • 16-06-2026, 16:02
    Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası elektronlaşdırılır
  • 16-06-2026, 12:41
    Fərhan Əliyev – Peşəkarlıq, məsuliyyət və inkişaf yolunun uğurlu rəhbəri
  • 16-06-2026, 10:31
    Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
  • 16-06-2026, 10:26
    Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
  • 16-06-2026, 10:24
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • 15-06-2026, 14:21
    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
  • 15-06-2026, 08:50
    İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
  • 15-06-2026, 08:43
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • 14-06-2026, 10:47
    DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
  • 14-06-2026, 10:45
    Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...