• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Yeni Suriyanın qurulmasında Azərbaycanın rolu – rəsmi Bakı öz töhvəsini verməyə hazırdır – ŞƏRH

Siyasət

12-07-2025, 18:29

Yeni Suriyanın qurulmasında Azərbaycanın rolu – rəsmi Bakı öz töhvəsini verməyə hazırdır – ŞƏRHSuriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcəyini deyib. Beləliklə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır.

Xatırladaq ki, Azərbaycan bu günə kimi 12 ölkəyə qaz ixrac edir və bunlar da əsasən Avropa ölkələridir. Bu gün Azərbaycan üçün yeni coğrafiya formalaşır - Yaxın Şərq. Artıq Türkiyə üzərindən 1 mlrd kubmetr qazın Suriyaya ixracı məsələsi Suriya prezidentinin Bakıya səfəri çərçivəsində müzakirə olunur.

Artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir.

Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalı kimi qarşısında yeni imkanlar açılır. Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər.Ümumiyyətlə qeyd etmək lazımdır ki, Suriya Prezidenti Əhməd əl-Şaraa ərəb ölkələri və Türkiyədən sonra Bakıya səfəri Suriyanın Azərbaycana verdiyi göstəricidir.

Bundan əvvəl Suriya lideri Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı dövlət başçısı Suriyaya daim dəstək verəcəklərini açıqlayıb. Suriyada istər İŞİD terror təşkilatının fəaliyyət göstərdiyi dövrü olsun, istərsə də ondan sonra müharibə dövrü olsun Azərbaycan onların ərazi bütövlüyünü müdafiə edib, dəstəkləyib.

Azərbaycan Suriyaya qarşı təcavüzləri, ölkə daxilində baş verən pozuculuq və terror hadisələrini pisləyib. Bununla bağlı beynəlxalq təşkilatlarda, digər rəsmi açıqlamalarla çıxış edib. Suriyada Azərbaycan və Türkiyə əleyhinə olan terrorçu təşkilatlar- ASALA və digər erməni lobbisi fəaliyyət göstərib. Son illər Azərbaycan Türkiyə ilə birlikdə münaqişədən sonrakı dövründə bərpa və qururucluq işlərində dəstək olur və hər zaman dəstək olacağını bəyan edir. Buna görə də Azərbaycan hökumətinin bir sıra rəsmi şəxsləri Suriyaya səfərlər edib. Səfər zamanı Azərbaycanın bu ölkənin inkişafına verə biləcəyi töhfəni açıqlamışdılar.

Bundan başqa Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, daha sonra Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyaya səfərləri bu ölkənin bərpa-quruculuq işləri üçün Azərbaycanın görə biləcəyi işləri araşdırılır.Azərbaycan Cənubi Qafqaz ölkəsi olsa da onu yaxın Şərqlə birləşdirən çoxsaylı əlaqələr var. Bunlar mədəni, ticarət əlaqələridir. Qədimdə Şam və Bakının çox böyük əlaqələri olub. Eləcə də Suriya ərazisində Azərbaycan kökənli türkmənlər var. Onlarla əlaqə qurulması, milli-mədəni haqlarının təmin olunması Azərbaycan üçün həmişə vacib məsələlərdən olub.

Azərbaycan Avropanın Mərkəzi Asiya istiqamətində fəal siyasət yürüdür. Azərbaycan İsrail, Fələstin, ərəb ölkələri ilə - Səudiyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Oman, Misir kimi ölkələrlə iqtisadi, ticarət və mədəni əlaqələr qurub. Prezident İlham Əliyevin apardığı xarici siyasət hər yerdə olduğu kimi Yaxın Şərqdə yaxşı qarşılanır. Bu siyasət nəticəsində Azərbaycan Yaxın Şərqdə etibarlı tərəfdaş kimi tanınır.

Suriya və Azərbaycan arasında yeni qurulmuş iqtisadi, ticarət və mədəni əlaqələrin arxasında da bu etibarlılıq məsələsi prinsipi dayanır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra qlobal miqyasda, xarici siyasət konsepsiyasında həyata keçirib.

Azərbaycan Prezidentinin şəxsi nüfuzu, ölkəmizin onlara yeni tərəfdaşlıq modelinin gətirilməsi və yeni tərəfdaşların qazanılması bunun göstəricisidir.

Azərbaycan, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında da sakit diplomatiya prinsipindən çıxış edərək dövlətlərin təşkil olunmasına öz töhfəsini verib. Təsadüfi deyil ki, Əhməd Əl Şaraanın səfəri başa çatmamış AFP informasiya agentliyi Bakıda Suriya və İsrail rəsmilərinin görüşünün keçiriləcəyi barədə məlumat yaydı. Xəbər Suriya diplomatik mənbələrinə istinadən yayılıb.

Təxmin etmək olar ki, perspektivdə Azərbaycan Suriya ilə İsrail arasında münasibətlərin normallaşmasında aparıcı rollardan birini oynamaqda davam edəcək.Qarabağ torpaqlarını azad etdikdən sonra Azərbaycan geniş quruculuq, bərpa işlərini aparıb. Bu baxımdan çox böyük təcrübə əldə edib ki, bunun perspektivdə Suriyada da quruculuq bərpa işinin reallaşması üçün faydalı ola biləcəyi istisna deyil. Danışıqlarda bu istiqamətdə də məsələnin reallaşdırılmasına dair sənədlərin, anlaşmaların əldə olunması istisna edilmir.

Tarixən Azərbaycanla Suriya arasında çox yaxşı əlaqələr olub. Yəni, Azərbaycanla Suriya arasında əlaqələri üç işçiyə bölmək olar, müasir dövrdə. Sovet işçilik dövründə Suriya-Azərbaycan münasibətləri, Hafiz Əsəd, Bəşər Əsəd dövründəki Azərbaycan-Suriya münasibətləri və Bəşər Əsəd hakimiyyəti devrildikdən sonrakı üç ölkə arasında münasibətdir.

Birinci dövr, yəni Əsəd dövründə Suriya ilə Azərbaycan arasında münasibətlər əsasən Moskvada tənzimlədiyindən Azərbaycan bu ölkə ilə əlaqələrini, potensial əlaqələrini, potensial imkanlarını açmağa nail ola bilmirdi.

Bəşər Əsəd hakimiyyəti dövründə Azərbaycana qarşı fəaliyyət göstərən erməni terror təşkilatları, erməni lobbisi və diasporu var idi və onlar Azərbaycana qarşı geniş işlər görürdülər. Buna Bəşər Əsəd də zaman-zaman dəstək verirdi.

Azərbaycan bir mənalı olaraq Bəşər Əsəd rejiminin cinayətkar olduğunu və onun öz millətinin, öz vətəndaşlarının qanını tökdüyünü bəyan edərək, bu rejimlə heç bir əlaqə saxlamadı və onu tanımadı. Amma yeni Əhməd Əl Şaraa hakimiyyətini Azərbaycan tanıyan ilk ölkələrdən oldu.Bu mənada Azərbaycan Suriyada Türkiyə ilə birgə fəaliyyət göstərir. Bütün istiqamətlərdə Azərbaycan, Türkiyənin Suriyada atdığı addımlarda həmişə yanında olur. Prezident İlham Əliyev Suriya məsələsində Azərbaycanın Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır. Bu, onu göstərir ki, Azərbaycan dost, qardaş Suriyayla mövcud çətinlikləri aşmaq, yeni Suriyanın qurulmasında daim bu ölkənin xalqının, hakimiyyətinin yanındadır və onu dəstəkləyəcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

12-07-2025, 18:30

KİV: Suriya və İsrail Bakıda birbaşa danışıqlar aparacaq - YENİLƏNİB

Siyasət

10-02-2025, 09:03

KİV: Suriya Prezidenti Küveyti ziyarət edəcək

Dünya

6-02-2025, 11:52

Azərbaycanın yaxın gələcəkdə Suriyada bərpa və yenidənqurma işlərində iştir ...

Siyasət

3-07-2024, 10:08

Ərdoğan: Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazı ...

Dünya

10-02-2023, 16:56

Bəşər Əsəd: “Suriyada vəziyyət fəlakətlidir”

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
26-05-2026, 10:13
Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
25-05-2026, 10:40
QMİ Qurban bayramı ilə bağlı fətva verib
22-05-2026, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
Son xəbərlər
  • Dünən, 14:16
    Lüksemburqda Azərbaycan Evi açılıb
  • Dünən, 14:11
    İlham Əliyev Xorvatiyanın milli bayramı münasibətilə Zoran Milanoviçi təbrik edib
  • 29-05-2026, 21:41
    Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
  • 29-05-2026, 21:13
    Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
  • 29-05-2026, 14:52
    Azərbaycan-Gürcüstan qatarlarında sərhəd-gömrük prosedurlarının sürətləndirilməsi tapşırılıb
  • 29-05-2026, 14:51
    Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
  • 28-05-2026, 21:13
    ŞUŞAYA GEDƏN QƏHRƏMANLIQ YOLU
  • 28-05-2026, 18:31
    Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib
  • 28-05-2026, 18:27
    Zakir Həsənov Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 28-05-2026, 18:24
    İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir
  • 28-05-2026, 16:44
    Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
  • 28-05-2026, 15:11
    Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
  • 28-05-2026, 14:23
    Türkiyə XİN-dən Azərbaycana 28 May təbriki
  • 28-05-2026, 14:22
    Azərbaycan Cümhuriyyətinin ilk hökumətində nazirlər - ADLAR
  • 28-05-2026, 14:21
    Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
  • 28-05-2026, 14:12
    Prezident Şuşa, Xankəndi və Xocalıya səfər etdi
  • 28-05-2026, 13:54
    Bir Qəhrəmanın gündəliyi…
  • 27-05-2026, 16:38
    Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
  • 27-05-2026, 16:36
    Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
  • 27-05-2026, 16:33
    Azərbaycanda Qurban bayramı qeyd edilir
  • 26-05-2026, 10:14
    İslamabadda Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib
  • 26-05-2026, 10:13
    Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 26-05-2026, 10:12
    MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri görüşəcək
  • 26-05-2026, 10:12
    Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
  • 26-05-2026, 10:11
    Moskvada Azərbaycan-Rusiya münasibətləri müzakirə edilib
  • 25-05-2026, 17:14
    “Bir anlıq məsuliyyətsizlik bütöv ailənin faciəsinə çevrilir”
  • 25-05-2026, 15:25
    Şəhər təsərrüfatının inkişafına töhfə verən rəhbər – Elmin Zamanov
  • 25-05-2026, 10:40
    QMİ Qurban bayramı ilə bağlı fətva verib
  • 25-05-2026, 10:40
    Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
  • 25-05-2026, 10:39
    XİN: Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir
  • 25-05-2026, 10:38
    Nazir müavini: Azərbaycan Afrikadan gələn tələbələrə müxtəlif proqramlar vasitəsilə dəstək göstərir
  • 25-05-2026, 10:38
    XTQ-nin hərbi vəzifəlilərinin təlim toplanışı keçirilib
  • 25-05-2026, 10:37
    Serbiya Prezidenti: Yaxın vaxtlarda istefa verməyim mümkündür
  • 25-05-2026, 10:36
    Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib
  • 24-05-2026, 12:43
    U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...