İran XİN başçısı: "Avroüçlük" ilə məsləhətləşmələr danışıqlar deyil, dialoqdur
siyaset
25-06-2025, 12:58
9

"Report"un məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Araby Al Jadeed" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa tərəfdaşlarının rolu "dialoqla məhdudlaşır". Bununla belə, Əraqçi Cenevrədə keçirilən görüşü (20 iyunda "avroüçlüyün" - Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri ilə - red.) "avropalıları İranın mövqeyi haqqında məlumatlandırmaq baxımından" faydalı adlandırıb.
"Bu danışıqlar, problemi tam həll etməsə də, iki tərəf arasında qarşılıqlı anlaşmanı gücləndirməyə kömək etdi. Bu səbəbdən iştirakçılar bu dialoqları davam etdirməyə hazır olduqlarını bildirdilər", - deyə o, İranın Avropa ilə daimi dialoqlarının anlaşılmazlıqların azalmasına kömək etdiyini vurğulayıb.
Əraqçi əlavə edib ki, "avroüçlük"lə məsləhətləşmələr danışıqlar deyil, dialoqdur.
"Danışıqlar adətən razılaşmaya nail olmaq məqsədi ilə aparılır; lakin biz Avropa ilə razılaşmaya can atmırıq və avropalıların bunu etmək imkanı yoxdur. Bizim nail olmaq istədiyimiz razılaşma sanksiyaların ləğvini əhatə etməlidir, bu isə Avropanın imkanlarından yüksəkdir. Buna baxmayaraq, dialoq həmişə müsbət məqam olaraq qalır, xüsusilə də onun təbii şərtlərində" - deyə o vurğulayıb.