Azərbaycan BP ilə birgə layihələrdəki səmərəliliyin artırılmasını müzakirə edib
siyaset
3-06-2025, 12:08
38
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birgə BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.
O qeyd edib ki, BP-nin Azərbaycandakı layihələrdə innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
