Dövlətlər arasında tarixən mövcud olan dostluq münasibətləri gələcək zamanda da davam edir. » Memur.az

Dövlətlər arasında tarixən mövcud olan dostluq münasibətləri gələcək zamanda da davam edir.

Dövlətlər arasında tarixən mövcud olan dostluq münasibətləri gələcək zamanda da davam edir.Aydın Hüseyinov Millət vəkili

Dövlətlər arasında tarixən mövcud olan dostluq münasibətləri gələcək zamanda da davam edir.

Təbii ki, bu məsələdə ikitərəfli əlaqələr, bir çox sahələr üzrə inkişaf perspektivləri ön sırada dayanır. Azərbaycan-Çin münasibətləri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Hazırki mərhələdə isə iki dövlət arasındaki əlaqələr tarixi zirvədədir.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri bir çox aspektlərdən təhlil oluna bilər. Əvvəla, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.
Hazırkı dünyamız coxqütblüdür. Qlobal miqyasda yeni dünya nizamına ehtiyac var. Belə olan halda, Azərbaycanın yürütdüyü siyasət xüsusilə təqdirəlayiqdir. Hesab edirəm ki, strateji tərəfdaşlıq haqqında sazişin imzalanması özündə bir çox mühüm məqamlari ehtiva edir. İki dövlət arasında tarixi köklərə əsaslanan dost və qardaşlıq telləri bu gün iqtisadi, ticari, logistik nəqliyyat və digər sahələrdə inkişaf edir.

Bir məqamı da qeyd etmək lazımdır ki, Pekin Cənubi Qafqazda yalnız Azərbaycana etibar edir. Hesab edirəm ki, bu çox vacib amildir. İkitərəfli münasibətlərdə güvən və etibarin olmasi olduqca vacibdir. Məhz bu baxımdan da, dövlət başçısınin Çinə səfəri regional məsələlərin həllinə də töhfə verəcək