• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Prezidentin ismarışları: TDT-nin güclənməsi, Şimali Kiprin tanınması təşəbbüsləri - ŞƏRH

Siyasət

10-04-2025, 14:19

Prezidentin ismarışları: TDT-nin güclənməsi, Şimali Kiprin tanınması təşəbbüsləri - ŞƏRHÖtən gün Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Türk dünyasında ölkələr arasında münasibətlərin Azərbaycan üçün çox vacib olduğunu bəyan edib.

Dövlət başçısının yeni düzəndə ölkənin rolu, maraqlarına dair məsələlərə münasibət bildirərkən Türk Dövlətləri Təşkilatının daha güclü quruma çevrilməsi üçün təşəbbüsləri artırmağa çağırıb.

Ümumiyyətlə sovetlərin dağılması ilə müttəfiq Türk respublikaları müstəqilliklərini elan etdi. Yeni şəraitdə Türkiyə də daxil olmaqla, Türk dövlətləri arasında iqtisadi, sosial, mədəni əməkdaşlıq yarandı.

Azərbaycan bu məsələdə ənənəvi olaraq aparıcılardan olub. Çünki Mərkəzi Asiya (Türküstan) ilə Türkiyə arasında Azərbaycan tarixən bağlayıcı, birləşdirici rolda olub. Rəsmi Bakı Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Prezident İlham Əliyev Türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını vurğulayıb.

İlham Əliyev türk dövlətlərinin siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıqda fəal olmalarını çıxışlarında bildirir.COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçılarının imzaladığı Strateji Tərəfdaşlıq Haqqında Saziş türkdilli ölkələr arasında mühüm bir addım sayılır. Bu sənəd üç ölkə arasında "yaşıl enerji" keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq və iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə addımların atılmasına zəmin yaradır.

Azərbaycan bu il Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına ev sahibliyi edəcək.

Dövlət başçısı TDT üzvləri arasında heç bir narazılığın olmadığını vurğulayaraq bildirib ki, Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar var. TDT-də belə narazılığın olmaması təşkilatı unikal edir.

Dövlət başçısı qurum üzvlərinin bu üstünlüklərini reallaşdırmağa çağırıb:

“Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur”.

Prezident TDT-nin güclü beynəlxalq fəaliyyətinin kifayət etmədiyini daha çox çıxış etməyin vacibliyini də bildirib. Dövlət başçısı bununla Təşkilat üzvlərinə fəallığı artırmaqla bağlı ismarış verib.İlham Əliyev hərbi sahədən də danışaraq TDT-nin bu istiqamətdə mərkəz rolunda oynaya bilməsi üçün yeni ideya ilə çıxış edib. O, Avropada Türkiyə Ordusunun ən güclü olduğunu, Azərbaycanın da bu istiqamətdə imkanlarını nümayiş etdirdiyini qeyd edərək deyib:

“Biz həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik. Xüsusən də bəzi təşkilatları, daxili mübahisələri, inamsızlığı və qarşılıqlı etimadın çatışmamasını görəndə hər bir şey aydın olur”.

Prezident, həmçinin NATO daxilində müəyyən inamsızlığın olduğunu qeyd edərək TDT-ni bu istiqamətdə daha fəal olmağa çağırıb. Bu sahədə yaranan boşluğu TDT-nin doldura biləcəyini deyib.

Bununla da Prezident TDT-nin beynəlxalq məkanda rolunun artmasının, yeni təşəbbüsləri həyata keçirməsinin vacibliyini vurğulayıb.

Türk dövlətləri arasında münasibətlər kontekstində dövlət başçısı Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə bağlı məsələni də diqqətdə saxlayıb.Prezident Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsinin böyük hadisə olduğunu deyib. O xatırladıb ki, Azərbaycanın ŞKTR-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb:

“Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi”.

Dövlət başçısı vurğulayıb ki, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq.

“Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”, - İlham Əliyev deyib.

Yeri gəlmişkən, ŞKTR-nin lideri Ersin Tatar Prezident İlham Əliyevə ADA Universitetində keçirilən forumda səsləndirdiyi bəyanatı məmnuniyyətlə qarşıladığını bildirib və göstərdiyi güclü dəstəyə görə təşəkkür edib.

Bir sözlə, dövlət başçısı sözügedən forumda iştirakçıları maraqlandıran müxtəlif məsələlərə dair açıqlamaları ilə Azərbaycanın qlobal miqyasda, o cümlədən Türk dünyasında yerini, rolunu və önəmini qeyd edib. Bununla yeni dünya nizamında Azərbaycanın mövqeyi, yeri və əhəmiyyətini göstərib.

Paylaş:
Digər xəbərlər

---

6-11-2024, 14:46

Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edilib

Siyasət

6-11-2024, 14:16

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci ...

Siyasət

20-09-2023, 09:31

Ərdoğan dünya ictimaiyyətini Şimali Kiprin müstəqilliyini tanımağa çağırıb

banner

5-04-2023, 16:59

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əlaqələri möhkəmləndirir: Yeni şərt ...

Siyasət

15-12-2022, 15:57

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - YENİLƏN ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Bu gün, 10:40
QMİ Qurban bayramı ilə bağlı fətva verib
22-05-2026, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
Son xəbərlər
  • Bu gün, 17:14
    “Bir anlıq məsuliyyətsizlik bütöv ailənin faciəsinə çevrilir”
  • Bu gün, 15:25
    Şəhər təsərrüfatının inkişafına töhfə verən rəhbər – Elmin Zamanov
  • Bu gün, 10:40
    QMİ Qurban bayramı ilə bağlı fətva verib
  • Bu gün, 10:40
    Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
  • Bu gün, 10:39
    XİN: Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir
  • Bu gün, 10:38
    Nazir müavini: Azərbaycan Afrikadan gələn tələbələrə müxtəlif proqramlar vasitəsilə dəstək göstərir
  • Bu gün, 10:38
    XTQ-nin hərbi vəzifəlilərinin təlim toplanışı keçirilib
  • Bu gün, 10:37
    Serbiya Prezidenti: Yaxın vaxtlarda istefa verməyim mümkündür
  • Bu gün, 10:36
    Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib
  • Dünən, 12:43
    U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb
  • Dünən, 12:41
    Azərbaycan səfiri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri ilə görüşüb
  • 23-05-2026, 18:14
    Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur
  • 23-05-2026, 18:12
    İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
  • 23-05-2026, 18:10
    Azərbaycanla Tacikistanın elm və təhsil sahəsində əməkdaşlığı müzakirə olunub
  • 22-05-2026, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • 22-05-2026, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • 22-05-2026, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • 22-05-2026, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 22-05-2026, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • 22-05-2026, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • 22-05-2026, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
  • 22-05-2026, 10:29
    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
  • 21-05-2026, 18:28
    VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
  • 21-05-2026, 12:28
    Emilia Saiz: "Kollektiv liderlikdə işi faktiki görən insanlar çatışmır"
  • 21-05-2026, 12:24
    Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
  • 21-05-2026, 11:52
    DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
  • 21-05-2026, 11:52
    Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib
  • 21-05-2026, 11:50
    Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
  • 21-05-2026, 11:50
    Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
  • 21-05-2026, 11:49
    Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
  • 21-05-2026, 11:48
    Donald Tramp: Ərdoğan sərt adamdır
  • 21-05-2026, 11:47
    Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək
  • 21-05-2026, 11:46
    Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
  • 21-05-2026, 11:27
    Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
  • 21-05-2026, 11:26
    "AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...