Rütte Ukraynanın NATO-ya uzunmüddətli perspektivdə daxil olmasını istisna etməyib
siyaset
27-03-2025, 02:45
78
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Varşava İqtisadiyyat Məktəbində çıxışı zamanı bildirib.
“Amerikalılar bəyan ediblər ki, Ukrayna sülh sazişi çərçivəsində NATO-nun üzvü olmamalıdır lakin bu, sözsüz, gələcəkdə nə baş verəcəyinə aid deyil”, – o deyib.
Rütte vurğulayıb ki, NATO-da heç vaxt Ukraynanın münaqişənin başa çatması üçün potensial saziş çərçivəsində alyansın bir hissəsi olacağı barədə danışılmayıb. O, “gələcəkdə nə baş verəcəyinə baxmağı” təklif edib.
Baş katib qeyd edib ki, Ukrayna ilə NATO arasında əməkdaşlıq hələ də çox intensivdir.
