Azərbaycan səfiri etimadnaməsinin surətini İndoneziyanın Dövlət Protokolu rəhbərinə təqdim edib
siyaset
18-02-2025, 14:47
85
“Report” xəbər verir ki, bu barədə indoneziyalı diplomat sosial şəbəkədə yazıb.
“Azərbaycanın İndoneziya Respublikasındakı yeni səfiri Zati-aliləri Ramil Əbil oğlu Rzayevin etimadnamənin surətini təqdim etmək üçün nəzakət ziyarətini qəbul etdim. Xoş gəlmisiniz, cənab Səfir!”, – o qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabrında Ramil Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.
