Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub.
"Memur.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Şöbənin açılış mərasimində TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Mustafayev və digər əməkdaşlar iştirak edib.
Hemodializ şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən İ.Mustafayev bildirib ki, şöbədə 3 ədəd müasir tipli Almaniya istehsalı olan "Fresenius Medical Care" hemodializ aparatı quraşdırılıb və xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb. Şöbənin otaqları yumşaq inventar və zəruri olan tibbi avadanlıqlarla təmin edilib.
Hemodializ şöbəsində 1 həkim, 3 tibb bacısı və digər sahələr üzrə əməkdaşlar da daxil olmaqla, ümumilikdə 10 nəfər tibbi heyət xidmət göstərəcək.