Ukraynanın Azərbaycandakı səfiri hindistanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Sosial
24-07-2024, 08:53
124

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri sosial şəbəkədə yazıb.
“Hindistanın Azərbaycandakı səfiri Zati-aliləri cənab Madhusudhanan Sridharanla işgüzar görüşüm olub. İkitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, – diplomat qeyd edib.
Xatırladaq ki, daha əvvəl ukraynalı səfir mərakeşli həmkarı ilə görüşərək iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmişdi.