Azərbaycan səfiri Nepalın xarici işlər üzrə katibi ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib » Memur.az

Azərbaycan səfiri Nepalın xarici işlər üzrə katibi ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib

Azərbaycan səfiri Nepalın xarici işlər üzrə katibi ilə iki ölkə arasındakı münasibətləri müzakirə edibAzərbaycanın Nepala yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli bu ölkənin xarici işlər üzrə katibi Seva Lamsal ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Cənubi Asiya ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Bu gün (sentyabrın 17-də – red.) Azərbaycanın Nepalda yeni təyin olunmuş qeyri-rezident səfiri Zati-aliləri cənab Elçin Hüseynli xarici işlər üzrə katib xanım Seva Lamsalla nəzakət görüşünə gəlib”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, görüşdə Azərbaycan – Nepal münasibətləri müzakirə olunub.

“Bu münasibətlə xarici işlər üzrə katib həmçinin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla baş tutması üçün ən xoş diləklərini çatdırıb”, – mətbuat xidməti əlavə edib.

Xatırladaq ki, daha əvvəl diplomat qeyri-rezident səfir olduğu Maldivin Prezidentinə etimadnaməsini təqdim etmişdi.