ABŞ-nin dövlət katibi Türkiyənin XİN başçısı ilə Cənubi Qafqazı müzakirə edib
siyaset
15-02-2025, 10:36
23

“Report” xəbər verir ki, bu barədə amerikalı diplomat “X” səhifəsində yazıb
Dövlət Departamentinin rəhbəri qeyd edib ki, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
“Biz qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri, o cümlədən İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiya vasitəsilə təhlükəsizlik problemlərini həll etməyi və ABŞ-Türkiyə münasibətlərini gücləndirməyin yollarını müzakirə etdik”, - deyə o vurğulayıb.
Görüş zamanı tərəflər Suriyadakı vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ətrafında da fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, daha əvvəl Anadolu agentliyi Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərlərinin görüşü barədə məlumat vermişdi.