Tokayev Terrorla Mübarizə və Xarici Kəşfiyyat Xidmətlərinin rəhbərlərini vəzifədən azad edib
siyaset
16-09-2024, 09:45
72

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Ruslan Temirqaliyeviç Seysembayev Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Terrorla Mübarizə Xidmətinin rəisi, eləcə də Amerxanov Askar Baymerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədr müavini - Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsindən azad edilib”, - məlumatda bildirilib.
Bu qərarlarının səbəbləri göstərilmir.