Azərbaycan və Qazaxıstanın hakim partiyaları əməkdaşlıq edəcəklər » Memur.az

Azərbaycan və Qazaxıstanın hakim partiyaları əməkdaşlıq edəcəklər

Azərbaycan və Qazaxıstanın hakim partiyaları əməkdaşlıq edəcəklərYeni Azərbaycan Partiyası (YAP) və Qazaxıstanın Amanat Partiyası arasında memorandum imzalanıb.

"Report" xəbər verir ki, YAP Mərkəzi Aparatının inzibati binasında təşkil edilən imzalanma mərasimində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Amanat Partiyasının İcra katibi Daulet Kəribek iştirak ediblər.

İmzalanma mərasimindən sonra hakim partiyaların rəsmiləri bir-birinə milli hədiyyələr təqdim edib, Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdiriblər.