Muxtar Babayev Peter Mixalko ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib » Memur.az

Muxtar Babayev Peter Mixalko ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Muxtar Babayev Peter Mixalko ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edibAvropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir cənab Peter Mixalko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ətraf mühitin mühafizəsi sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.