Ərdoğan: “İlham Əliyevlə birlikdə 1000 binanın bünövrəsini qoyduq”
siyaset
1-05-2023, 14:47
265

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, ölkədə baş verən dağıdıcı zəlzələlərdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə qrupları gəldi.
“Azərbaycan da gəlib dedi ki, biz min ev tikmək istəyirik. İlham Əliyevlə birlikdə onların bünövrəsini qoyduq”, - deyə o vurğulayıb.
Dövlət başçısı bu yardımların heç vaxt unudulmayacağını bəyan edib.
“İnşallah, qısa zamanda yaralarımızı birlikdə sağaldacağıq. Axtarış-xilasetmə qruplarımız dünyanın hər yerindən gələn komandalarla həmrəy olaraq, bu prosesdən uğurla keçdi”, - deyə Ərdoğan sözlərini yekunlaşdırıb.
Mənbə: Haber Global