Tokayev Nazarbayevin Elbaşı statusundan məhrum edilməsi haqqında qanunu imzalayıb
siyaset
16-02-2023, 10:11
256

Yanvarın 11-də Konstitusiya Məhkəməsi Elbaşı haqqında qanunun etibarsız sayılması barədə qərar qəbul edib.
Yanvarın 13-də parlament palataların birgə iclasında müvafiq qanunu yekdilliklə təsdiqləyib.
Dövlət başçısının imzaladığı qanuna əsasən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Elbaşı statusundan və onunla bağlı imtiyazlardan məhrum edilib. Eyni zamanda, o, prezidentlik dövründəki hərəkətlərinə görə məsuliyyətə dair toxunulmazlığını saxlayır, onun şərəf və ləyaqəti toxunulmazdır.
Eks-prezident hazırkı prezidentin maaşının 80%-i həcmində ömürlük pensiya almaq hüququna malikdir, həmçinin mənzil, təhlükəsizlik, sürücüsü və şəxsi avtomobil, ölkə daxilində pulsuz səyahət, tibbi xidmət və kurort müalicəsi almaq hüququna malikdir.
Mənbə: informburo.kz