Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzində ilkin mərhələdə il ərzində 150-yə yaxın ilik transplantasiyası nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.
Onun sözlərinə görə, bu sayın növbəti illərdə artırılması nəzərdə tutulub:
"İlkin mərhələdə minimum 150 ilik transplantasiyası əməliyyatı nəzərdə tutulub. Öncəlik isə uşaqlara veriləcək. Çünki ölkədə ilik transplantasiyasına ehtiyacı olan çox uşaq var".