Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov etimadnaməsinin surətini Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevə təqdim edib.
"MemurTv.az"ın Qazaxıstan bürosu Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.
Qarşıdan gələn ikitərəfli tədbirlərin qrafikinə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Qazaxıstanın qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.
Əlimirzamin Əsgərov səmimi qəbula görə Qazaxıstan tərəfinə təşəkkürünü bildirib və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda daha da inkişaf etdirilməsi üçün bütün səylərini göstərməyə hazır olduğunu bəyan edib.
14:41
Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərov ölkənin xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevlə görüşüb və etimadnaməsinin surətini ona təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Əsgərov "X" sosial şəbəkəsində yazıb.
"Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevlə görüşmək və səfir kimi etimadnamənin surətini ona təqdim etmək mənim üçün şərəf idi", - diplomat qeyd edib.
Əsgərov vurğulayıb ki, iki qardaş ölkə arasında möhkəm və strateji əlaqələri daha da gücləndirmək imkanını səbirsizliklə gözləyir.
Əsgərov etimadnaməsinin surətini Qazaxıstan XİN rəhbərinin müavininə təqdim edib - YENİLƏNİB
sosial sebeke

















