Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq müzakirə olunub

sosial sebeke

Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq müzakirə olunubGürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

"MemurTv.az"ın yerli bürosu xəbər verir ki, görüş zamanı F.Quliyev Gürcüstanın müdafiə nazirinə yeni müdafiə attaşesi, polkovnik Arzu Həsənovu təqdim edib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın regionun təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər həmçinin müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları çərçivəsində həyata keçirilən və nəzərdə tutulan məsələləri müzakirə ediblər.

SON XƏBƏRLƏR