Tamaş Torma: Macarıstanın Azərbaycana ixracının 49 faizini əczaçılıq məhsulları təşkil edir
musahibe
5-05-2025, 14:36
24

“Report” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma mayın 5-də Bakıda keçirilən "Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.
Diplomat vurğulayıb ki, birbaşa xarici investisiyalar (FDI) baxımından Macarıstan Azərbaycanda yeddinci ən böyük investordur. Mərkəzi Avropa regionundan Azərbaycana investisiya qoyan ölkələr arasında isə birinci sırada dayanır.
"Macarıstanın Azərbaycanın əczaçılıq sektoruna hələ investisiya yatırmamasına baxmayaraq, əczaçılıq məhsulları ixracda böyük paya sahibdir. Macar əczaçılıq şirkətləri və “Scandens Pharmaceutical Industries” ASC bu sahədə əməkdaşlıq imkanları axtarırlar”, - səfir qeyd edib.