• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür

Mədəniyyət

19-09-2024, 13:13

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötürBu gün - sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür.

"Report" xatırladır ki, lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.

Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu:

1. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlər olub: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".Dövlət başçısı çıxışında Azərbaycana xor baxanlara və torpağımıza göz dikənlərə də növbəti dəfə xəbərdarlıq etdi: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"

Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olundu.

Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət alıb. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

2-04-2024, 09:55

Azərbaycan Ordusunun Aprel qələbəsindən səkkiz il ötür

Cəmiyyət

5-10-2023, 11:32

Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib - YENİLƏNİB

Siyasət

21-09-2023, 09:50

İlham Əliyev Makrona: “Qarabağın TŞ-yə çıxarılması üçün yeni cəhd nəticəsiz ...

Siyasət

20-09-2023, 09:35

İlham Əliyev Blinkenə antiterror tədbirlərinin məqsədlərini açıqlayıb

Siyasət

20-09-2023, 09:32

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
27-03-2026, 19:04
Leysan Hökməli və Qobuda evlərə ciddi ziyan vurdu: sakinlər çarəsiz qalıb
25-03-2026, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
25-03-2026, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
Son xəbərlər
  • Bu gün, 06:16
    İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkələr yanımızdadır
  • Bu gün, 06:14
    BMT Şurası Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib
  • Bu gün, 06:08
    ABŞ və İsrail Hörmüz boğazını uzun müddət görməyəcək - İran
  • Dünən, 10:07
    Həmkarlar Konfederasiyası Əhməd Əhmədzadənin müavinətini kəsdi - EKSKLÜZİV
  • Dünən, 10:04
    Pezeşkian: İran digər xalqlara qarşı düşmənçilik bəsləmir
  • Dünən, 10:01
    "Aprel döyüşləri böyük Qələbənin başlanğıcı kimi xatırlanır" - MN
  • Dünən, 09:58
    "Bunu Prezidentin konseptual fikirləri üzərində qurmalıyıq" - UNEC rektoru
  • 1-04-2026, 11:59
    İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi: Azərbaycan Avropa üçün əsas strateji tərəfdaşdır
  • 1-04-2026, 11:54
    Azərbaycan BNF-nin Nəqliyyat Statistikası Görüşündə təmsil olunub
  • 1-04-2026, 11:50
    Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub
  • 1-04-2026, 11:47
    Partiyaların illik maliyyə hesabatlarını təqdim etməsi üçün nəzərdə tutulan müddət bu gün başa çatır
  • 1-04-2026, 11:41
    Ataquliyev Azərbaycana gəldi
  • 31-03-2026, 18:47
    Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
  • 31-03-2026, 09:25
    Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
  • 31-03-2026, 09:18
    İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
  • 31-03-2026, 09:08
    XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
  • 30-03-2026, 10:21
    Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
  • 30-03-2026, 10:19
    Mədəniyyət Nazirliyi Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib
  • 30-03-2026, 10:17
    Pakistanın Baş naziri Türkiyənin XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
  • 30-03-2026, 10:14
    İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib
  • 30-03-2026, 10:11
    BŞİH-də müşavirə: Eldar Əzizov bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığını qeyd edib
  • 29-03-2026, 13:10
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
  • 29-03-2026, 13:06
    İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub
  • 29-03-2026, 13:03
    İlham Əliyev onları təbrik etdi
  • 29-03-2026, 13:00
    Ceyhun Bayramov İran XİN başçısının təşəkkürünə cavab verdi
  • 28-03-2026, 13:38
    DİN: Yağışa görə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar
  • 28-03-2026, 13:35
    DİN: Yağışlı havaya görə bir sutkada 763 çağırışa reaksiya verilib
  • 28-03-2026, 02:40
    28 mart təhlükəsizlik xidməti əməkdaşlarının peşə bayramıdır
  • 27-03-2026, 19:04
    Leysan Hökməli və Qobuda evlərə ciddi ziyan vurdu: sakinlər çarəsiz qalıb
  • 27-03-2026, 06:07
    Vasif Talıbovla bağlı ciddi dəyişiklik - Həbs edilir?
  • 27-03-2026, 06:05
    Adil Əliyev yeni vəzifəyə təyin olundu
  • 27-03-2026, 06:01
    Leyla Əliyeva: “Bu axı nə üçün gərəkdir mənə?!“
  • 27-03-2026, 05:52
    Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
  • 26-03-2026, 16:21
    ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda hərbi toplanış buna görədir
  • 26-03-2026, 16:09
    Sahibə Qafarova Boao Forumunda Azərbaycanın qlobal təşəbbüslərindən danışıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...