Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyalaşdırdığı ödəniş bazarı iştirakçıları bu ilin əvvəlindən 38,8 milyard manat dəyərində əməliyyat aparıb.
"Report" xəbər verir ki, bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
"Bu, böyük rəqəmdir və artmasını gözləyirik", - deyə o qeyd edib.
AMB rəsmisi əlavə edib ki, indiyə qədər 18 elektron pul təşkilatına və 8 ödəniş təşkilatına lisenziya verilib.