• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azərbaycanda yeni Rəqabət Məcəlləsi hazırlanıb

İqtisadiyyat

23-02-2023, 12:08

Azərbaycanda yeni Rəqabət Məcəlləsi hazırlanıb“Rəqabət Məcəlləsi layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında, beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri öyrənilməklə yeni hazırlanıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda deyib.

O qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.

M.Abbasbəyli bildirib ki, azad rəqabət mühitinin təmin olunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün bu sahədə fəaliyyətin sürətləndirilməsi məqsədilə hazırlanmış “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023-26-cı illərdə Milli Fəaliyyət Proqramı”nın layihəsi bu istiqamətdə atılan növbəti addımdır:

“Milli Fəaliyyət Proqramı kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına, bəzi təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsinə və digər vacib hədəf göstəricilərinə, o cümlədən ölkənin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasına dair tələbləri özündə əks etdirir.

Dövlət satınalmaları sahəsində saxtakarlıqların qarşısının alınması və tam şəffaf mexanizmlərin yaradılması üçün həyata keçirilən dövlət satınalmalarına nəzarət funksiyası isə ölkədə sağlam və davamlı rəqabətin, habelə sahibkarlığın inkişafının təmin olunmasına şərait yaradır. Bu məqsədlə Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” yeni Qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub”, - Dövlət Xidmətinin rəhbəri bildirib.

M.Abbasbəyli deyib ki, “Ticarət fəaliyyəti haqqında” Qanun layihəsi üzərində fəaliyyət davam etdirilir:

“Bu qanun Azərbaycan ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektlərinin öz aralarında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq və onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək”.

O xatırladıb ki, ölkə başçısının 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-25-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib:

“Bu dövlət proqramının qəbulu və növbəti üç il ərzində icrasının əsas strateji hədəfləri ölkənin standartlaşdırma sisteminin dünya standartlaşdırma sisteminə harmonizə olunması, standartlaşdırma məhsullarının rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi, qeyri-qida istehlak mallarının təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması, müasir laboratoriyalar şəbəkəsinin qurulması, texniki tənzimləmə və standartlaşdırma sahəsində elektronlaşdırmanın təmin edilməsinə və digər məsələlərə xidmət edir”.

M.Abbasbəyli qeyd edib ki, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı, keyfiyyət əsaslı və rəqabətcil sahibkarlığın inkişafına dəstək məqsədilə Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərin rəqəmsallaşdırılması üzrə də bir sıra işlər icra edilib:

“Elektron Rəqabət Portalının yaradılması və digər dövlət qurumlarında tətbiq edilən informasiya sistemləri ilə inteqrasiya edilməsi məqsədilə “Antiinhisar, haqsız rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində innovativ idarəetmənin təmin edilməsi haqqında” müvafiq normativ-hüquqi aktların layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Həmçinin standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində nəzarətin təşkili üçün rəqəmsal platformanın – “Keyfiyyət Portalı”nın yaradılması ilə bağlı hazırlanmış müvafiq qanunlara dəyişiklik layihəsi aidiyyəti üzrə təqdim olunub”.

M.Abbasbəyli etender.gov.az portalının funksionallığının artırılması üzrə təkmilləşdirmə işlərinin aparıldığını bildirərək qeyd edib ki, istifadəçi interfeysi artıq yenilənib:

“Elektron portala yeni inteqrasiyalar həyata keçirilib. Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, daha sonra isə əlavə olaraq Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulub”.

Paylaş:
Digər xəbərlər
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Bu gün, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Bu gün, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Bu gün, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Bu gün, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Bu gün, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • Dünən, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • Dünən, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • Dünən, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • Dünən, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...