İtaliya millisi ilə Avropa çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşib » Memur.az

İtaliya millisi ilə Avropa çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşib

İtaliya millisi ilə Avropa çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşibİtaliya millisi ilə Avropa çempionu olmuş Marko Verrattinin yeni klubu müəyyənləşib.

"Report" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi Qətərin "Əl-Duhail" komandasına keçib.

Onun müqaviləsinin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Verratti 2023-cü ildən Qətərdə "Əl-Ərəbi"nin formasını geyinib. O, 2012-2023-cü illlər aralığında PSJ-də 9 dəfə Fransa çempionu olub.

Təcrübəli futbolçu 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionluğunu qazanıb.