Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan millisi Çexiyada təlim-məşq düşərgəsinə qatılıb
idman
Bu gün, 09:26
4

Bu barədə "Report"a Cüdo Federasiyasından məlumat verilib.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.
3 gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.