Tofiq Musayev Bakıdakı UFC turnirində fərqli çəkidə döyüşəcək
idman
20-06-2025, 10:26
29
"Report"un məlumatına görə, idmançı və Qırğızıstandan olan rəqibi Mıktıbek Orolbai 75 kq çəki dərəcəsində döyüşməyə razılıq veriblər.
Onlar daha əvvəl 70 kq-da üz-üzə gəlməli idilər. Lakin rəsmi çəkiölçmə mərasimində hər ikisi buna uyğun gəlməyib.
“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
