PSJ XXI əsrdə yeni rekord müəyyənləşdirib
idman
30-04-2025, 09:47
19

"Report" "Opta Jean" statistik portalına istinadən xəbər verir ki, Paris təmsilçisi buna yarımfinal mərhələsinin ilk oyununda İngiltərədə "Arsenal"a qalib gəlməklə (1:0) nail olub.
Ölkə çempionu XXI əsrdə Fransa təmsilçiləri arasında ÇL-də bu raundda səfərdə qələbə qazanan ilk komandadır.
34 il əvvəl, 1991-ci ildə "Marsel" qitənin bir nömrəli klub turnirində Rusiyada Moskva "Spartak"nı üstələmişdi - 3:1.
Qeyd edək ki, PSJ və "Arsenal" arasında cavab oyunu mayın 7-də baş tutacaq.