Dünya çempionatı: Olimpiya Oyunlarına lisenziya qazananlar məlum oldu
idman
20-08-2023, 13:43
206

251.4 xal toplayan çinli Jiayu Han qızıl medala sahib olub. Gümüş medala da Çindən olan atlet yiyələnib. 250.2 xal toplayan Jiin Vanq həmyerlisindən az fərqlə geri qalıb. Bürünc medalı isə 229.8 xalla Hindistanı təmsil edən Mehuli Qoş bayram edib. Komanda yarışında isə Hindistan birinci, Çin ikinci, Almaniya üçüncü olub.
Əldə olunan nəticələrə əsasən, Jiayu Han (Çin), Mehuli Qoş (Hindistan), Şermineh Çehel Amirani (İran), və Audri Qoqniat (İsveçrə) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.