“Ferrari” 50 ildən sonra yarışa qayıdaraq Le Manda qalib gəldi » Memur.az

“Ferrari” 50 ildən sonra yarışa qayıdaraq Le Manda qalib gəldi

“Ferrari” 50 ildən sonra yarışa qayıdaraq Le Manda qalib gəldiBritaniyalı Ceyms Kalado və italiyalılar Antonio Covinazi və Alessandro Pyer Qvididən ibarət İtaliyanın “Ferrari” komandasının heyəti bazar günü “Hiperkarlar”ın əsas sinfi üzrə “24 saat Le Man” yarış marafonunun qalibi olub.

İkinci yeri “Toyota”, üçüncü yeri isə “Cadillac”ın ekipajı tutub.

Qeyd edək ki, “Ferrari” 1973-cü ildən bəri ilk dəfə əsas marafon sinfində iştirak edib.

“24 saat Le Man” marafonu bu il 91-ci dəfə keçirilib. İlk yarış isə 100 il öncə - 1923-cü ildə baş tutub.
Marafon dünyanın ən məşhur və populyar yarışlarından biridir. Onun əsasında onlarla film çəkilib. Yarışda qalib olmaq istənilən avtomobil istehsalçısı üçün çox prestijli sayılır. “Porsche” komandası marafonda 19 dəfə qalib gələrək yarışın tarixində ən uğurlu komanda olub. Növbəti yerlərdə “Audi” (13 qələbə) və “Ferrari” (10) qərarlaşıb. Sürücülər arasında danimarkalı Tom Kristensen doqquz qələbə ilə rekorda sahibdir.

Mənbə: TASS