Britaniya kəşfiyyatı: “Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını kəsmək üçün korvet göndərib”
hadise
27-07-2023, 09:43
210

Bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter” hesabında məlumat verib.
Məlumatda qeyd edilib ki, müasir “Sergey Kotov” korveti Bosfor və Odessa arasında dəniz marşrutuna patrulluq etməsi üçün Qara dənizin cənub hissəsində yerləşdirilib.
Britaniya kəşfiyyatının məlumatına görə, real ehtimal var ki, bu korvet Rusiyanın Ukraynaya getdiyinə inandığı ticarət gəmilərinin qarşısını almaq üçün operativ qrupun tərkibinə daxil ediləcək.
“Əslində “Taxıl sazişi” Qara dənizin müharibədə iştirakını azaltmışdı, indi bu ərazidə zorakılığın intensivliyinin və miqyasının artması ehtimalı var”, - deyə Britaniya Müdafiə Nazirliyi vurğulayıb.
Mənbə: RBC-Ukrayna