Yəməndən İsrail ərazisinə ballistik raket atılıb
dunya
11-09-2025, 10:12
8

"Report" "Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Raketin vurulması, dağıntı və xəsarət alanlar barədə məlumat paylaşılmayıb.
Qeyd edək ki, daha əvvəl İsrail tərəfi Yəməndəki husi hədəflərini vurmuşdu.