Britaniya 50 gün ərzində Ukraynaya 60 min mərmi tədarük edib
dunya
2-09-2025, 12:33
10

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ukraynaya yardım üzrə "50 günlük kampaniya" iyul ayında başlanıb.
"Təxminən 5 milyon patron, 60 min artilleriya mərmisi, reaktiv mərmi və raket, 2 500 min pilotsuz sistem, 30 nəqliyyat vasitəsi və mühəndis avadanlığı, həmçinin 200 radioelektron mübarizə və hava hücumundan müdafiə sistemi tədarük edilib", - Hili vurğulayıb .