Belçika Fələstini tanımağa hazır olduğunu bəyan edib » Memur.az

Belçika Fələstini tanımağa hazır olduğunu bəyan edib

Belçika Fələstini tanımağa hazır olduğunu bəyan edibBelçika BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq.

"Report"un xəbərinə görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevost "X"də yazıb.

"Belçika BMT-nin sessiyasında Fələstini tanıdı! İsrailə qarşı sərt sanksiyalar tətbiq edilir. HƏMAS tərəfdarları tərəfindən istənilən antisemitizm və ya terrorizmi tərifləməsi də kəskin şəkildə pislənəcək", - o qeyd edib.

Fələstin dövlətinin tanınmasının Fransa və Səudiyyə Ərəbistanının birgə təşəbbüsü çərçivəsində həyata keçiriləcəyi vurğulanır.