ABŞ Ukraynaya 3 mindən çox ERAM raketinin satışına razılıq verib » Memur.az

ABŞ Ukraynaya 3 mindən çox ERAM raketinin satışına razılıq verib

ABŞ Ukraynaya 3 mindən çox ERAM raketinin satışına razılıq veribABŞ Dövlət Departamenti Ukraynaya 825 milyon dollar dəyərində 3 mindən çox hava bazalı ERAM raketinin və əlaqədar maddi-texniki təminatın mümkün satışına razılıq verib.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Ukrayna hakimiyyəti daha əvvəl ABŞ-dən 3 350 ədəd bu tip raket, həmçinin onlar üçün naviqasiya sistemləri təmin etməyi istəmişdi. Rəsmi Kiyev bu silahların ödənişi üçün Danimarka, Niderland və Norveç tərəfindən ayrılmış vəsaitlərdən istifadə edə bilər.