Ukrayna Latviyadan zirehli döyüş maşınları alıb
dunya
Dünən, 10:48
6

“Report”un xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Teleqram kanalında məlumat verib.
"Mən Latviyaya müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfəyə, xüsusən müdafiə qüvvələri üçün PUA-ların təhvil verilməsinə və bu yaxınlarda 42 ədəd “Patria 6x6” zirehli transportyorun verilməsinə dair qərara görə təşəkkür etdim. Birinci partiya artıq Ukraynaya çatdırılıb", - o qeyd edib.
Şmıqal Latviyanın müdafiə naziri Andris Spruds ilə söhbətində Ukrayna üçün pilotsuz təyyarələrin birgə istehsalını da müzakirə edib.