Danimarka müdafiə üçün əlavə 7 milyard dollar ayıracaq
dunya
21-02-2025, 09:53
36

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen bildirib.
Qeyd olunub ki, vəsaitin əsas hissəsi hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsinə yönəldiləcək.
Bundan əvvəl “Berlingske” qəzeti məlumat verib ki, Danimarka hökuməti müdafiə xərclərini ÜDM-in 3%-nə çatdırmağı planlaşdırır.