Niger qiyamçıları ultimatumla çıxış ediblər » Memur.az

Niger qiyamçıları ultimatumla çıxış ediblər

Niger qiyamçıları ultimatumla çıxış ediblərDövlət çevrilişinin baş verdiyi Nigerdə hərbçilərin yaratdığı Milli Şuranın sözçüsü, polkovnik Amadu Abdraman dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

O qeyd edib ki, qonşu dövlətlər Nigerə qarşı silahlı müdaxiləyə hazırlaşırlar və ölkəyə hücum olacağı təqdirdə onlar döyüşməyə hazırdırlar.

“Milli Şura bu proksi müharibəyə hazırlıqları diqqətlə izləyir. Ölkənin müdafiəsi üzrə Milli Şura bəyan edir ki, öz ərazisindən Nigerə qarşı hərbi əməliyyatlar aparan istənilən dövlət təcavüzkar kim qəbul olunacaq və həmən ölkə hərbi əməliyyatların iştirakçısı sayılacaq”, - polkovnik Amadu Abdraman öz müraciətində vurğulayıb.

Qeyd edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb, prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıb, ölkədə komendant saatı tətbiq edib, partiyaların fəaliyyətini qadağan edib.
Ölkənin idarə edilməsi üçün iyulun 28-də general Abdurahman Tçianinin rəhbərliyi ilə Milli Şura yaradılıb.

Mənbə: Reuters