“ABŞ hökuməti “F-16”ların qarşılığında Türkiyəyə şərt qoyulmayacağına zəmanət vermir”
dunya
12-07-2023, 12:10
226

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “Türkiyəyə “F-16”ların satışının heç bir şərt olmadan həyata keçiriləcəyinə ABŞ Dövlət Departamenti zəmanət verə bilərmi” sualını cavablandırarkən bildirib.
“Mən bunu edə bilmərəm. Çünki Konqres üzvlərinin adından danışa bilmərəm. Türkiyəyə “F-16” satışını dəstəklədiyimizi və bu istiqamətdə irəliləmək niyyətində olduğumuzu deyə bilərəm. Lakin satış çərçivəsində mühüm aspekt var. Bu, Konqres tərəfindən təsdiqlənməlidir”, - deyə M.Miller vurğulayıb.
Departamentin sözçüsü əlavə edib ki, ABŞ tərəfi sövdələşmədə maraqlıdır və dövlət katibi Antoni Blinken Ankara ilə dəfələrlə döyüş təyyarələrinin satışını müzakirə edib.
Mənbə: TASS