AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir
cemiyyet
12-05-2025, 14:27
43
Bu barədə "Report"un sorğusuna cavab olaraq AZAL-dan bildirilib.
Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
Xatırladaq ki, mayın 7-də AZAL Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. Bu səbəbdən indiyədək Pakistan və Hindistana uçuşlar həyata keçirilməyib.
