Azərbaycanın ən iri çayında rusiyalı alimlər tədqiqat aparacaqlar » Memur.az

Azərbaycanın ən iri çayında rusiyalı alimlər tədqiqat aparacaqlar

Azərbaycanın ən iri çayında rusiyalı alimlər tədqiqat aparacaqlarÖlkəmizin şimal-şərqində ən iri çay hesab olunan Samur çayında rusiyalı alimlər tərəfindən tədqiqat aparılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bir hissəsi iki ölkə sərhədi boyunca axan Samur çayının tədqiqi üçün Rusiya alimlərinin Azərbaycana ilk ekspedisiyası bu ilin dekabrında gələcək.

Coğrafiya institutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, çayın dərindən öyrənilməsi su ehtiyatlarının qorunması baxımından əhəmiyyətli olacaq.

Ənvər Əliyevin sözlərinə görə, Azərbaycanın təsərrüfatı üçün Samur çayının olduqca böyük əhəmiyyəti var. Ümumi uzunluğu 216 kilomer olan çay 100 min hektardan artıq torpağın suvarılması üçün əsas su mənbəyi sayılır. Təqiqatlardan sonra çayın suyundan daha səmərəli şəkildə istifadə oluna bilər.
Şöbə müdiri bildirib ki, Xəzər dənizində biomüxtəlifliyin qorunması üçün Samur çayında araşdırmaların aparılması vacibdir.

Qeyd edək ki, indiyədək alimlər tərəfindən Samur çayı hövzəsində ətarflı ekspedisiyalar aparılmayıb. Birgə tədqiqatlar təkcə Azərbaycan ərazisində deyil, həm də Rusiya ərazisində, Dağıstanda da həyata keçiriləcək.