• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Həkimlərin apteklərlə əlbir yeni qazanc metodu - ARAŞDIRMA

Cəmiyyət

13-02-2023, 12:23

Həkimlərin apteklərlə əlbir yeni qazanc metodu - ARAŞDIRMAAzərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiyməti 2015-ci ildən başlayaraq Tarif Şurası tərəfindən tənzimlənsə də, bu, ötən müddətdə qiymətlərin yüksək olması ilə bağlı şikayətlərin azalmasına səbəb olmayıb. Əksinə, son dövrlər narazılıqlar bir az da artıb. Hərçənd ki, qiymətlərin tənzimlənməsi əksər dərman vasitələrinin bir neçə dəfə ucuzlaşmasına səbəb olub.

Heç kəsə sirr deyil ki, Azərbaycanda əksər həkimlərin gəlir mənbələrindən biri də əczaçılıq şirkətləridir. Xəstələrin müalicəsi üçün yazılan vasitələrin müqabilində şirkətlər həkimlərə ödəniş edirlər.

“Qafqazinfo”nun aptek sahəsində çalışanlardan əldə etdiyi məlumata görə, həkim reseptlərində əvvəllər dərman vasitələri, xüsusilə də antibiotiklər üstünlük təşkil edirdisə, hazırda bioloji fəallığa malik qida əlavələri daha çoxdur. Məsələ burasındadır ki, dərman qiymətlərinin tənzimlənməsi şirkətlərin bu vasitələrin xəstələrə təyin edilməsinə görə əvvəlki səviyyədə ödəniş etmələrinə imkan vermir. Bu baxımdan xəstəliklərin müalicəsində bir çox hallarda dərmanları bioloji fəallığa malik qida əlavələri “əvəz etməli” (bu ifadəni dırnaqda yazmağımızın səbəbi yazının sonrakı hissəsində məlum olacaq) olub.

Dərman vasitələrindən fərqli olaraq ölkəyə idxal prosesi xeyli sadə olan (bu məhsullar dövlət qeydiyyatına alınmır) bioloji fəallığa malik qida əlavələrinin qiymətləri tənzimlənmir, sərbəst olaraq müəyyən edilir. Sahibkar qiyməti sərbəst şəkildə müəyyən etdiyindən məhsulun xəstələrə təyin edilməsi üçün ödədiyi məbləği məhsulun maya dəyərinə əlavə edə bilir.

Araşdırmamız nəticəsində məlum olub ki, son illərdə belə məhsulların ölkədə geniş yayılması şirkətlər arasında rəqabət yaratdığından bu da marketinq xərclərini (əsasən həkimlərə edilən ödənişlər) artırır. Şübhəsiz ki, maya dəyərinin artması qiymətin yüksəlməsini qaçılmaz edir. Təsadüfi deyil ki, bir neçə il əvvəl Dövlət Gömrük Komitəsinin ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyəri ilə apteklərdəki satış qiyməti arasında 6 dəfəyə qədər fərq olduğu bildirilib. Bu da həkim reseptlərində özünü büruzə verib. Eyni zamanda qiymətin tənzimlənməməsi apteklər arasında da fərqin olmasına şərait yaradıb.

Digər tərəfdən bu məhsullar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Qanunvericiliyə görə, bioloji fəallığa malik qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. “Dərman vasitələri haqqında” Qanuna görə, bioloji fəallığa malik qida əlavələri dərman vasitəsilə eyni tərkibli və eyni dozalı ola bilməz.

Həmin qanuna görə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi üçün həkim tərəfindən ancaq tövsiyə oluna bilər, onların həkim reseptinə yazılması qadağandır. Ancaq əczaçılar deyirlər ki, buna da “çarə” tapılıb. Belə ki, şirkətlər həkimləri resept blankına oxşar “tövsiyə vərəqəsi” adlanan qeyd dəftərləri ilə “təchiz ediblər”.

Nəticədə, məsələn apteklərdə dərman vasitəsi kimi satışda olan 15 millilitr məhlulun tərkibində 50 000 BV D3 vitaminini 3,46 manata olduğu halda, xəstələr bioloji fəallığa malik qida əlavəsi kimi təqdim olunan eyni miqdarda məhsul üçün 16-20 manat arasında xərc çəkməli olurlar.

Lakin o da qeyd edilməlidir ki, son aylarda Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərində bir neçə dəfə dəyişiklik edilib. Bununla belə, qiymətləri tənzimlənən dərman vasitələrinin siyahısına nəzər salanda məlum olur ki, burada 13 690 çeşiddə dərman vasitəsi var ki, bunun da 68,3 faizinin və ya 9 357-sinin qiyməti 29 noyabr 2016-cı ildən bəri dəyişməyib. Həmin vaxt dərman vasitələrinin qiymətləri milli valyutanın ucuzlaşması səbəbindən dəyişdirilib.

Paylaş:
Digər xəbərlər
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
13-05-2026, 10:33
Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
Son xəbərlər
  • Dünən, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • Dünən, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • Dünən, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • Dünən, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • Dünən, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • Dünən, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • Dünən, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
  • Dünən, 10:29
    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
  • 21-05-2026, 18:28
    VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
  • 21-05-2026, 12:28
    Emilia Saiz: "Kollektiv liderlikdə işi faktiki görən insanlar çatışmır"
  • 21-05-2026, 12:24
    Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
  • 21-05-2026, 11:52
    DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
  • 21-05-2026, 11:52
    Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib
  • 21-05-2026, 11:50
    Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
  • 21-05-2026, 11:50
    Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
  • 21-05-2026, 11:49
    Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
  • 21-05-2026, 11:48
    Donald Tramp: Ərdoğan sərt adamdır
  • 21-05-2026, 11:47
    Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək
  • 21-05-2026, 11:46
    Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
  • 21-05-2026, 11:27
    Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
  • 21-05-2026, 11:26
    "AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
  • 20-05-2026, 15:53
    Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
  • 20-05-2026, 13:05
    MEDİA-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib
  • 20-05-2026, 13:04
    Azərbaycanın stolüstü tennisçiləri Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
  • 20-05-2026, 13:03
    Şamil Ayrım: "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımızı gücləndirməyə davam edəcəyik
  • 20-05-2026, 13:03
    Mikayıl Cabbarov: "Qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi əlavə risklər yarada bilər"
  • 20-05-2026, 13:02
    Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib
  • 20-05-2026, 13:02
    Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar
  • 19-05-2026, 14:40
    İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
  • 19-05-2026, 10:56
    Elçin Yusubov: Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
  • 19-05-2026, 10:54
    Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub
  • 19-05-2026, 10:53
    Azərbaycan və Slovakiya biznes əlaqələrinin gücləndirilməsini müzakirə edib
  • 19-05-2026, 10:10
    Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək
  • 19-05-2026, 10:08
    Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
  • 19-05-2026, 10:07
    Prezident: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...